Xəbər lenti

Metronun bu stansiyasına giriş-çıxışa qoyulan məhdudiyyət uzadıldı
Ölkə14:20 07.12.2018

Metronun bu stansiyasına giriş-çıxışa qoyulan məhdudiyyət uzadıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yenidənqurma və əsaslı təmir işləri ilə əlaqədar olaraq, dekabr ayının 10-dan "Bakmil" stansiyasına giriş-çıxışa günün müəyyən saatlarında qoyulmuş məhdudiyyətin vaxtı saat 18:00-a qədər uzadılır.
"Bakı Metropoliteni" QSC-dən verilən məlumata görə, sərnişinlərin nəzərinə çatdırır ki, səhər saatlarında isə "Bakmil" stansiyası sərnişinlərə 8:20-yə qədər xidmət göstərəcək.
Buna qədər məhdudiyyət saat 8:20-dən 17:00-a qədər olan vaxtı əhatə edirdi.
Bu dəyişikliklə əlaqədar, Bakı Nəqliyyat Agentliyi ilə əldə olunmuş razılığa əsasən, saat 17:00-18:00 aralığında həmin stansiyasadan istifadə edən sərnişin axını xüsusi nəzərə alınmaqla, "Bakmil" stansiyası ilə "Koroğlu" stansiyaları arasında avtobus marşrut xətti daha intensiv fəaliyyət göstərəcək.
"Bakı Metropoliteni" QSC-nin rəhbərliyi narahatlığa görə sərnişinlərdən üzr istəyir.
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!