Xəbər lenti

Meydan TV əməkdaşları Daxili İşlər Nazirliyinə müraciət edəcək
Siyasət11:00 01.07.2015

Meydan TV əməkdaşları Daxili İşlər Nazirliyinə müraciət edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İyunun 30-da Azərbaycandan Gürcüstana buraxılmayan Meydan televiziyasının əməkdaşlsarı Natiq Cavadlı, Şirin Abbasov, Aytən Fərhadova və Elnur Muxtarov bu gün Daxili İşlər Nazirliyinə müraciət edəcək.

Jurnalistlər müraciətlərində Azərbaycan sərhədindən xaricə buraxılmamalarının səbəbləri ilə bağlı məlumat verilməsini istəyir.

Bu barədə Natiq Cavadlı Amerikanın Səsinə bildirib.

“Dünən Ağstafa rayonunda Böyük Kəsik qatar stansiyasında (Bakıdan 442 kilometr qərb) sərhəd-keçid məntəqsində biz, - dörd əmkldaşı qatardan düşürdülər, Gürcüstana buraxmadılar. Səbəb kimi Daxili İşlər Nazirliyinin ölkədən çıxışımıza “stop” qoyduğunu bildirdilər”, o qeyd edib.

Bununla yanaşı, Meydan televiziyasının qatarda olan digər əməkdaşları sərhəddən buraxılıb.

Qaynar.info