Xəbər lenti

Meyxanaçı Kərim xalası qızlarını biabır etdi
Maqazin09:46 01.03.2015

Meyxanaçı Kərim xalası qızlarını biabır etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tanınmış meyxanaçı Kərim savadlı qızların savadsız, ali təhsilli qızlara nisbətdə daha çox boşandığını düşünür. Anspress-in məlumatına görə, ANS TV-nin "Bazar səhəri" verilişinin qonağı olan meyxanaçı yalnız ev tərbiyəsi almış kənd qızlarının ailə baş verən problemlərə dözümlülüyü böyüyə və həyat yoldaşına hörmətlə əlaqələndirdi. 
Ali təhsilli xanımların çoxunun yemək bişirməyi bacarmadığını deyən Kərim bəy nümunə kimi öz xalası qızlarını da misal çəkdi: "Mənim xalam qızları gəlin köçəndə qutularla kitab cehiz aparmışdı. Oxumuş qızlar idi, fikirləri-zikrləri oxumaq idi, amma adi yemək bişirə bilmirdilər. Yaxşı ki, qaynanaları başa düşən xanımlar idi, onları yola verməyi bacardı. Vallah, qaynanaları pis olsaydı, ailələri dağılardı bəlkə də".
Qaynar.info