Xəbər lenti

Məzahir Pənahov təbliğat lövhələrinin yığışdırılması ilə bağlı göstəriş verdi
Siyasət13:42 07.02.2020

Məzahir Pənahov təbliğat lövhələrinin yığışdırılması ilə bağlı göstəriş verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov təşviqat prosesi ilə bağlı tapşırıq verib.
Qaynarinfo-nun məlumatına görə, M.Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib ki, namizədlərin təşviqat materiallarını fevralın 8-i saat 08:00-dan tez olmayaraq müvafiq lövhələrdən yığışdırmaq olmaz.
Qeyd edək ki, Azərbaycan Respublikasında növbədənkənar parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, namizədlərin seçkiqabağı təşviqat kampaniyası səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış, yəni fevralın 8-i səhər saat 08:00-da dayandırılır.
Sabah isə "sükut günü"dür.