Xəbər lenti

MHP-də şok: Oktay Vural istefa verdi
Siyasət16:28 22.06.2016

MHP-də şok: Oktay Vural istefa verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyənin Milliyətçi Hərəkət Partiyasından istefa olub. APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, partiya sədri Dövlət Baxçalıya ən yaxın şəxslərdən olan Oktay Vural istefa edib.

Oktay Vural TBMM-də MHP millət vəkillərinin qrup rəhbəri idi. O, parlamentə İzmirdən seçilib.

Mediaya sızan məlumata görə, Vural istefa ərizəsi yazmasına "belə lazım görüldü" sözləri ilə münasibət bildirib.

Xatırladaq ki, iyulun 10-da keçiriləcək qurultayda MHP-yə yeni sədr seçiləcək.

Qaynarinfo.az