Xəbər lenti

“Ümid edirik ki, atəşkəs davamlı olacaq” - ATƏT rəsmisindən açıqlama...
Siyasət17:25 05.04.2016

“Ümid edirik ki, atəşkəs davamlı olacaq” - ATƏT rəsmisindən açıqlama...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın ATƏT yanındakı daimi nümayəndəsi Daniel Baer Dağlıq Qarabağ münaqişəsinin tərəfləri arasında əldə olunan atəşkəsin davamlı olacağına ümid edir. 
Bu barədə ATƏT Daimi Şurasının bu gün keçirilən xüsusi iclasında bildirib.
“Biz atəşkəsə nail olunması ilə bağlı xəbərləri gördük və ümid edirik ki, atəşkəs rejiminə əməl ediləcək və o, davamlı olacaq”.
Onun sözlərinə görə,  ABŞ mülki şəxslər də daixl olmaqla onlarla insanın ölümünə səbəb olan irimiqyaslı toqquşmaları pisləyir: “Biz tərəfləri dərhal zorakılığı dayandırmağa və atəşkəs rejiminə əməl etməyə çağırırıq”, - deyə amerikalı diplomat əlavə edib.
O həmçinin vurğulayıb ki, yerlərdəki vəziyyət danışıqların ATƏT-in+Minsk+Qrupu">ATƏT-in Minsk Qrupu çərçivəsində başlanmasının zəruriliyini təsdiqləyir.
Qaynar.info