Xəbər lenti

Ümid Partiyası seçkidə iştirak etməyəcək
Siyasət14:04 10.02.2018

Ümid Partiyası seçkidə iştirak etməyəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ümid Partiyasının Ali Məclisi bu il aprelin 11-də keçiriləcək prezident seçkilərində iştirak etməmək barədə qərar qəbul edib.
Partiyanın mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, buna səbəb partiyanın Nizamnaməsində prezidentliyə namizədin müəyyənləşdirilməsinin qurultayın səlahiyyətində olmasıdır: "Növbəti qurultayın mayın 28-də keçirilməsi nəzərdə tutulub. Hüquqi baxımdan növbədənkənar qurultayın keçirilməsi zaman etibarı ilə qeyri-mümkündür. Ona görə də partiya Ali Məclisi seçkilərdə iştirak etməmək barədə qərar qəbul edib".
Ümid Partiyasının məlumatında, həmçinin, üzvlərinin öz seçimlərində sərbəst olduqları, istədikləri namizədə səs verə biləcəkləri də vurğulanıb.