Xəbər lenti

“Ümid”dən İrana etiraz bəyanatı
Siyasət10:38 17.10.2014

“Ümid”dən İrana etiraz bəyanatı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ümid Partiyasının oktyabrın 16-da Güney Azərbaycanın Urmiyə şəhərində baş verənlərlə bağlı bəyanat yayıb. 
Partiyadan “Qafqazinfo”ya daxil olan məlumata görə, dünən Güney Azərbaycanın Urmiyə şəhərin mərkəzində terror şəbəkələrinin fəaliyyətinə “Yox” demək üçün antiteror aksiyası keçirən mülki əhali ilə polis arasında toqquşmalar yaşanıb: “Polis tərəfindən xalqa qarşı zor tətbiq edilib. Onlarla soydaşımız həbs olunub və yaralananlar var.
Ümid Partiyası olaraq bəyan edirik ki, Orta Şərqdə baş verən olaylar müstəvisində yenidən baş qaldıran terror hərəkətləri bütün sülhsevər insanlar kimi güneyli soydaşlarımızı da narahat etmiş və haqlı olaraq terrorizmə qarşı etiraz səslərini ucaldıblar. Biz soydaşlarımıza qarşı bu aksiyada həyata keçirilən bütün zorakılıq hərəkətlərini kəskin şəkildə pisləyir və beynəlxalq qurumları baş verənlər qarşısında susmamağa, həbs olunanların dərhal azad olunmasını tələb etməyə çağırırıq”.
Qaynar.info