Xəbər lenti

Mikayıl Cabbarov dərsliklərin gəlirləri ilə bağlı əmr verdi
Ölkə12:54 29.12.2013

Mikayıl Cabbarov dərsliklərin gəlirləri ilə bağlı əmr verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Təhsil naziri “Dərsliklərin satış məqsədilə çap edilməsindən əldə edilən gəlirin istifadəsi barədə” əmr imzalayıb. 

Qaynar.info nazirliyin saytına istinadən xəbər verir ki, əmr dərslik müəlliflərinin hüquqlarının qorunmasını və müasir tələblərə cavab verən dərsliklərin hazırlanması üçün onların yaradıcılığa həvəsləndirilməsini, eyni zamanda dərslik yazılması fəaliyyətinin təşviqini təmin etmək məqsədlərinə xidmət edir.

“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununun və “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin müvafiq müddəalarına uyğun olaraq, əmrdə dərsliklərin əlavə nəşrindən Təhsil Nazirliyinin müvafiq hesabına daxil olan vəsaitin 50 faizinin dərslik müəlliflərinə ödənilməsinin təmin edilməsi nəzərdə tutulub. Həmçinin, müvafiq gəlirin digər hissəsinin dərsliklərin yazılmasının stimullaşdırılması, bu sahədə mövcud olan beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi üçün sərf olunması qərara alınıb.

Qaynar.info