Xəbər lenti

Milli komandamız bosniyalılara uduzdu
İdman20:00 28.10.2014

Milli komandamız bosniyalılara uduzdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması son oyununu keçirib. Qaynar.info xəbər verir ki, Mirbağır İsayevin yetirmələri Bosniya və Hersoqovina millisi ilə üz-üzə gəlib.
Belçikanın Eisden şəhərindəki “Patro Eisden” stadionunda baş tutan qarşılaşma 1:1 hesabı ilə başa çatıb.  Hesabı 11-ci dəqiqədə Denis Zeriç açıb. 15 dəqiqə sonra Oruc İsmayılov bərabərliyi təmin edib. Hər iki komandanın xalları və top fərqi eyni olduğundan qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac yaranıb. Bu zaan daha dəqiq olan bosniyalılar 4:3 hesablı qələbə qazanaraq 2-ci pilləni tutblar. Millimizin heyətində Hacıağa Hacıyevlə Xəyal Əmirlinin zərbəsi dəqiq olmayıb.
Qrupun digər oyununda İsveçrə meydan sahibi Belçikanı sınağa çəkib. İlk iui turda birinci pilləni təmin edən belçikalılar bu dəfə uduzub - 0:1.
Avropa çempionatı
Seçmə mərhələ
10-cu qrup, 28 oktyabr
Bosniya və Hersoqovina - Azərbaycan 1:1 (penalti - 4:3)
Qollar: Denis Zeriç, 11 Oruc İsmayılov, 26.
İsveçrə - Belçika 1:0
Qol: Ceremi Quqllemenot, 40.

1

Belçika

3

2

0

1

7-2

6

2

Bosniya və Hersoqovina

3

1

1

1

3-5

4

3

Azərbaycan

3

1

1

1

3-5

4

4

İsveçrə

3

1

0

2

2-3

3

Qaynar.info