Xəbər lenti

Milli Məclis Azərbaycanın D-8-ə qoşulmasını ratifikasiya etdi
Ölkə13:31 07.03.2025

Milli Məclis Azərbaycanın D-8-ə qoşulmasını ratifikasiya etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Milli Məclis Azərbaycanın "İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Nizamnaməsi”nə qoşulmasını təsdiqləyib.
Qaynarinfo xəbər verir ki, bununla bağlı parlamentin bugünkü plenar iclasında "İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsi”nə qoşulmaq haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Qeyd edilib ki, Azərbaycan 2012-ci il noyabrın 22-də İslamabad şəhərində imzalanmış "İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsi”nə qoşulur.
Layihə səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.