Xəbər lenti

Milli Məclis Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik etdi
Siyasət07:23 05.11.2021

Milli Məclis Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Noyabrın 8-də xalqımız Zəfər Gününü qeyd edəcək. İcazə verin, bu Zəfəri bizə bəxş edən Prezident İlham Əliyevi, Birinci vitse-prezident Mehriban Əliyevanı və qazilərimizi təbrik edək”.
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.
"Təklif edirəm ki, Zəfər Günü ilə bağlı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayaq və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayaq”, - o bildirib.
Daha sonra deputatlar spikerin təklifini alqışlarla qarşılayıblar.