
Milli Məclisin bugünkü iclasında spiker Oqtay Əsədov Avropa Parlamentinin iyunun 13-də Azərbaycanla bağlı qəbul etdiyi qətnamənin müzakirə edilməsi üçün gündəliyə salınmasını təklif edib.
ANN.Az portalı xəbər verir ki, əvvəlcə spiker qətnamənin qəbul edilməsi prosesinə dair fikirlərini səsləndirib: "Avropa Parlamentinin 734 deputatından 32 nəfərin səsverməsi ilə Azərbaycan əleyhinə qətnamə qəbul edilib. Biz bir daha görürük ki, Azərbaycana qarşı qərəzli qüvvələrin sənəd qəbul edib. Biz Avropa İttifaqı ilə sıx əməkdaşlıq edirik. Şərq tərəfdaşlığa çərçivəsində parlamentlərarası münasibətlər, əlaqələr inkişaf edib. Amma buna baxmayaraq hər dəfə Azərbaycanın xeyrinə olmayan məsələlərdə qətnamə qəbul edilir. Buna çox təəssüf edirəm. Bu onu göstərir ki, Azərbaycanın müstəqil siayasəti heç kimin xoşuna gəlmir. Siz bizə demokratiyadan dərs demək istəyirsiz, amma özünüz qeyri-demokratik addım atırsınız. Bu, təzyiq kimi dəyərləndirilməlidir".
O. Əsədov vurğulayıb ki, ilk dəfə Avropa Parlamenti Azərbaycanda "Eurovision” mahnı müsabiqəsi keçirilən zaman qəbul edib: "Niyə əvvəlcə Avronest Parlament Assambleyasında müzakirəyə çıxarılmırdı? Leyla Yunus, Qubad İbadoğlu digərləri çıxış edirlər, bunlar əvvəlcədən hazırlanmış məsələdir. Hiss olunur ki, bu, Azərbaycana qarşı qurulan plandır, məqsədləri yaxşı deyil”.
Qaynar.info