Xəbər lenti

Milli Məclisdə büdcə müzakirəsi başlayır
Siyasət07:21 12.11.2013

Milli Məclisdə büdcə müzakirəsi başlayır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gələn ilin büdcəsi Milli Məclisin komitə iclaslarında başa çatıb və plenar iclasa tövsiyyə edilib.

Qaynar.info
Modern.az-a istinadən verdiyi xəbərə görə, bu gün Milli Məclisin plenar iclasında 2014-cü ilin dövlət büdcəsinin müzakirəsinə start veriləcək. Qeyd edək ki, büdcə zərfinə daxil olan qanun layihələri müzakirələrinin 4 gün - 12, 13, 14, 15 noyabrda davam edəcəyi gözlənilir. İclasların gündəliyinə 6 məsələ daxildir. Bunlar “2014-cü il dövlət büdcəsi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsi haqqında”, “2014-cü il üçün yaşayış minimumu haqqında”, “2014-cü il üçün ehtiyac meyarının həddi haqqında”, “Milli Məclisinin 2014-cü il üçün xərclər smetası haqqında” və “Hesablama Palatasının 2014-cü il üçün xərclər smetası haqqında” qanun layihələridir.

Builki büdcənin investisiya xərcləri yüksək səviyyədədir.

Təhsil, səhiyyə, elm və mədəniyyət sahələrinə ayrılan xərclər artıb. Təhsilin 12 faiz , səhiyyənin 14 faiz , elmin 15 faiz , mədəniyyət xərclərinin də bu civarda artması planlaşdırılır. Təhsilə ayrılan vəsaitin 1 milyard 653 milyon artırılacağı gözlənilir. B üdcə zərfində gəlirlər ÜDM-in 31,4 %-i, xərclər isə 34,3 %-i həcmində proqnozlaşdırılır. 2014-cü ildə dövlət büdcəsinin gəlirləri 18 mlrd. 384 mln. manat, xərcləri isə 20 mlrd. 63 mln. manat həcmində proqnozlaşdırılır. 2013-cü il üzrə isə bu göstərici müvafiq olaraq 19 mlrd. 159 mln. manat və 19 mlrd. 850 mln. manat gözlənilir. 2014-cü ildə dövlət büdcəsinin kəsiri 1,679 mlrd. manat proqnozlaşdırılır.

Qaynar.info