Xəbər lenti

Milli Məclisin ən stajlı deputatları (SİYAHI)
Siyasət05:48 07.07.2023

Milli Məclisin ən stajlı deputatları (SİYAHI)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Milli Məclisin deputatları hər zaman ictimaiyyətin maraq dairəsində olublar. Deputatların çıxışları, aktivlikləri, passivlikləri və digər xüsusiyyətləri zaman-zaman ictimai müzakirənin obyekti olub.
Ona görə də ictimai marağı nəzərə alaraq Bizim.Media Azərbaycan parlamentində ən uzun müddətdir mandat daşıyan 10 deputatın kimliyini araşdırıb.
Onların siyahısını təqdim edirik:
Eldar İbrahimov
Eldar İbrahimov müstəqil Azərbaycan parlamentinin ən uzunömürlü deputatlarından biridir. O, 1995-ci ildən qanunverici orqanda təmsil olunur. Sonucu çağırışda Eldar İbrahimov 4 saylı Naxçıvan şəhər seçki dairəsindən deputat seçilib.
Fəzail Ağamalı
Fəzail Ağamalı da 6 çağırışdır ki, Milli Məclisə üzv seçilir. 28 illik deputat stajına malik Fəzail Ağamalı sonuncu dəfə 60 saylı Salyan–Neftçala seçki dairəsindən deputat mandatı qazanıb.
Madər Musayev 
Madər Musayev də ən uzunözmürlü 7 deputatdan biridir. O 1995-ci ildən bu yana özünün deputat mandatını toxunulmaz saxlayıb. Sonuncu çağırışda 10 saylı Binəqədi üçüncü seçki dairəsindən deputat seçilib.
Ziyafət Əsgərov
Ziyafət Əsgərov da 1995-ci ildən Milli Məclisdə təmsil olunur. O, sonuncu dəfə 76 saylı Lənkəran-Astara seçki dairəsindən seçkilərə qatılıb. O, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədridir. 
İmamverdi İsmayılov 
İmamverdi İsmayılov 6 çağırışın hamısında qanunverici orqana seçkilərdə qalib olub. 1995-ci ildən parlamentə əyləşən sonuncu çağırışda 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən mandat qazanıb.
Vasif Talıbov
Vasif Talıbov da ən uzun müddətə deputat mandatı daşıyanlardan biridir. 1995-ci ildən parlamentdə təmsil olunan Vasif Talıbov sonuncu dəfə 1 saylı Şərur-Sədərək seçki dairəsindən seçkilərə qatılıb.
Mixail Zabelin
Mixail Zabelin də 1995-ci ildən parlamentdə əyləşir. 28 illik deputat stajına malik Mixail Zabelin 2020-ci il seçkilərinə 34 saylı Xətai ikinci seçki dairəsindən namizəd kimi qatılıb.
Bəxtiyar Əliyev
Bəxtiyar Əliyev 2000-ci ildən Milli Məclisin üzvüdür. O 5 çağırış üzrə seçkilərdə qalib olub. Sonucu dəfə 118 saylı Ağdam şəhər seçki dairəsindən mandat qazanıb.
Siyavuş Novruzov 
Siyavuş Novruzov da 2000-ci ildən qanunverici orqanda təmsil olunur. 5 çağırış seşkilərə qatılan Siyavuş Novruzov sonuncu dəfə 5 saylı Şahbuz-Babək seçki dairəsindən deputat mandatı qazanəb.
Rafael Hüseynov
Rafael Hüseynov 2000-ci ildən bu günə kimi özünün mandatını qoruyub saxlaya bilib. Parlamentə seçildiyi sonuncu ünvansa 58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsi olub.