Xəbər lenti

Milli Muğam Müsabiqəsinin vaxtı açıqlandı
Sənət09:14 12.04.2023

Milli Muğam Müsabiqəsinin vaxtı açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Milli Muğam Müsabiqəsinə qeydiyyat başa çatıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Heydər Əliyev Fondu məlumat yayıb.
Qeyd olunub ki, martın 1-dən aprelin 10-dək aparılan qeydiyyatda yaşı 18-dən 35-dək olan xanəndə və instrumental ifaçılar iştirak ediblər. Yarışmaya vəsiqə qazanan iştirakçılar aprelin 20-də elan ediləcək.
Yarışmanın I turu - 24-25 aprel
Yarışmanın II turu - 26-27 aprel
Xanəndə və instrumental ifa kateqoriyaları üzrə qaliblər aprelin 27-də müəyyənləşəcək.
Yekun konsert – 30 aprel
Milli Muğam Müsabiqəsinin qalibləri ölkəmizi "Muğam aləmi” 6-cı Beynəlxalq Muğam Festivalında təmsil edəcək.