
“Odlar Yurdu” Universitetində təhsil alan Milli Qəhrəman İsgəndər Aznaurovun qızı Adolat Aznaurovanın universitetə olan 2 min borcunu ödəmədiyi üçün dövlət imtahanına buraxılmaması ilə bağlı xəbər vermişdik.
Məsələnin mətbuatda geniş səs-küyə səbəb olmasından sonra rektor Əhməd Vəliyev bu gün Adolat Aznaurovanı qəbul edib.
Qaynar.info xəbər verir ki, Adolat Aznaurovanın Azxeber.com-a veridiyi məlumata görə rektor onun imtahana buraxılmaması üçün verdiyi tapşırığı ləğv edərək, 2 min AZN-ni istəməyib. “Rektorun qəbulundan indi çıxdım. O mənə dövlət imtahanına buraxılacağımı dedi. Təhsilim üçün əvvəl tələb edilən 2 min AZN-nin isə ləğv edildiyini dedi”.