Xəbər lenti

"Milli rəqsin mesajları" layihəsinin çəkilişləri başa çatdı (FOTO)
Sənət12:53 17.08.2025

"Milli rəqsin mesajları" layihəsinin çəkilişləri başa çatdı (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Milli rəqsin mesajları" layihəsinin çəkilişləri başa çatıb 
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin kiçik qrant müsabiqəsi çərçivəsində "YeniSi" Ədəbiyyat və Mədəniyyət Təzahürləri Mərkəzi İB-nin həyata keçirdiyi "Milli rəqsin mesajları" layihəsinin çəkilişləri başa çatıb.
 
Layihədə nəzərdə tutulduğu kimi, "Mirzeyi", "Sarı gəlin" və "Uzundərə" rəqsləri xüsusi quruluşda videolentə alınıb. 
Çəkilişlərdə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının F.Əmirov adına Əməkdar kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının rəqqasları iştirak edib.
Rəqslərin quruluşu xoreoqraf - baletmeyster Ceyhun Qubadova məxsusdur. Quruluşçu rejissor Vüqar Əlisoydur.