Xəbər lenti

“Milli Şura dağılacaq”
Siyasət08:35 06.08.2013

“Milli Şura dağılacaq”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Hazırda Milli Şura daxilində olduqca böyük gərginlik yaşanır”.

Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

S. Novruzov qeyd edib ki, YAP müxalifətin bu layihəsi ilə bağlı vaxtilə kifayət qədər proqnoz verib: “Zaman göstərir ki, bu proqnozlar düzdür”.

YAP funksioneri bildirib ki, Milli Şura rəhbərliyində təmsil olunanlar arasında səmimi münasibət yoxdur: “Artıq qurumun rəhbərliyindəki şəxslər arasında rəqabət gedir. Bu baxımdan Milli Şuranın dağılması labüddür. Ayrı-ayrı partiyalar seçkilərdə öz namizədini irəli sürmək üçün yəqin ki, bu həftənin sonunda toplantılarını keçirəcək”.

Qaynar.info