Xəbər lenti

Milli Şura Novxanıda elan olunacaq (AÇIQLAMA)
Siyasət07:13 27.05.2013

Milli Şura Novxanıda elan olunacaq (AÇIQLAMA)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Zəfər Quliyev: “Onsuz da hər  il “28 May”ı qeyd etmək üçün bir yerə toplaşırdılar”

“Forsmajor hadisələr baş verməsə, Milli Şuranı yaradacağıq. Sabah Azərbaycan Demokratik Cümhuriyyətinin 95 illiyi qeyd olunacaq.  Milli Şuranın yaradılması bu günə təyin edilib”.

Bunu Qaynar.info-ya açıqlamasında “El” hərəkatının sədr müavini Zəfər Quliyev deyib. O bildirib ki, hazırki Milli Şura Məhəmməd Əmin Rəsulzadənin Milli Şurasının estafetini davam etdirəcək: “Azərbaycanın demokratik siyasi təşkilatları sabahkı tədbirdə iştirak edəcəklər. Onsuz da hər  il “28 May”ı qeyd etmək üçün bir yerə toplaşırdılar. Bu, bir ənənə xarakteri daşıyır. Ona görə də mətbuatın və siyasi qüvvələrin iştirakı ilə Milli Şura Novxanıda elan olunacaq”.

İlkin
Qaynar.info