Xəbər lenti

Milli Şura Süleyman Dəmirəldən dəstək almağa çalışır
Siyasət05:18 30.08.2013

Milli Şura Süleyman Dəmirəldən dəstək almağa çalışır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rüstəm İbrahimbəyovun namizədliyinin suya düşməsindən və Milli Şuranın prezidentliyə vahid namizəd kimi Cəmil Həsənlinin irəli sürülməsindən sonra, AXCP və Müsavatın Türkiyədəki tərəfdarları da hərəkətə keçib. 

Qaynar.info-nun Vətəninfo.az-a istinadən verdiyi məlumata görə, Müsavat Partiyasına yaxınlığı ilə bilinən Türkiyədə fəaliyyət göstərən Azərbaycan Kültür Mərkəzinin sədri Cəmil Ünal və Mehmet Müştak, Əkrəm Oruçoğlu, Səlçuk Önal və Tuncər Kırhan Cəmil Həsənlinin namizədliyinin Türkiyənin siyasi dairələri tərəfindən dəstəklənməsi istiqamətində fəaliyyətə başlayıblar. 

Məlumata görə, Türkiyə siyasi dairələri tərəfindən Milli Şuranın vahid namizədinə olan münasibətin nəbzini tutmağa çalışan Cəmil Ünal və həmkarlarının qardaş Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəllə də görüşlərinin nəzərdə tutulduğu bildirilir. 

Artıq S.Dəmirəllə görüş üçün randevu alınıb və yaxın günlərdə bu görüş baş tutacaq. Məlumata görə, İsa Qəmbərin Cəmil Həsənlinin lehinə seçkidən çəkilməsi və vahid namizəd məsələsində Milli Şurada monolitliyin təminatına dəstək olması Müsavatla yüksək əməkdaşlıq əlaqələri olan qardaş ölkənin müxtəlif siyasi dairələri C.Həsənlinin lehinə toplanan imzaların təsdiqindən sonrakı mərhələdə Milli Şuraya dəstək mesajları verə bilərlər. 

Bu sırada mərhum Muhsin Yazıcıoğlunun qurucusu olduğu Böyük Birlik Partiyasının ilk bu səpkidə bəyanat verəcəyi gözlənilir.

Qaynar.info