
Mİlli Şura növbəti mitinqlə bağlı qərar qəbul edib.
Qərar Şuranın mitinq komitəsində verilib. Mitinq sentyabrın 29-a təyin olunub. Aksiyanın məkanı kimi yenə də "Məhsul" idman-sağlamlıq kompleksinin stadionu ("İnşaatçılar" metrostansiyasının yanı) seçilib.
Məlumatı azadlıq.info-ya Milli Şuranın mitinq komitəsinin sədri Asəf Quliyev verib.