Xəbər lenti

Milli Şurada bayraq böhranı – AÇIQLAMA
Siyasət06:38 26.09.2013

Milli Şurada bayraq böhranı – AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Partiya bayraqları olmasa, gərək Milli Şuranın öz bayrağı olsun”.

Bunu Qaynar.info-ya açıqlamasında Milli Şuranın mitinq komitəsinin üzvü Asəf Quliyev deyib. O bildirib ki, Milli Şuranın bayraqları sifariş verilib, amma hələ hazır deyil: “Bayraqları sifariş vermişik. Milli Şuranın bayraqları hazır olmadığından hələki partiya bayraqlarından istifadə olunacaq. Mitinqə əliboş gedəsi deyilik ki”.

A.Quliyev qeyd edib ki, aksiya ilə bağlı bütün texniki məsələlər həll edilib: “Plakatlar sifariş verilib. Plakatların artırılması da nəzərdə tutulub. Hazırda isə mitinqin təbliğatı ilə məşğuluq. Ümumi vəziyyət normaldır. Demək olar, tam hazırıq”.

MŞ funksioneri növbəti mitinqə 20 mindən çox insanın iştirakının nəzərdə tutulduğunu vurğulayıb.

Qeyd edək ki, Milli Şuranın sentyabrın 29-na təyin etdiyi mitinqin vaxtı dəyişdirilib. Meriya Milli Şuranın 29 sentyabr tarixinə müəyyən etdiyi mitinqə icazə verməyib. İcra hakimiyyəti Milli Şuraya görüş-mitinqin 28 sentyabr tarixində keçirilməsini təklif edib və Milli Şuranın Mitinq Komitəsi bu təklifi müzakirə etdikdən sonra razılaşıb.

İlkin
Qaynar.info