
Demokratik Qüvvələrin Milli Şurasının fövqəladə toplantısı keçiriləcək.
Milli Şuradan AzNews.az-a daxil olan məlumata görə, Müsavat Partiyasının qərargahında keçiriləcək iclasda Milli Şurada təmsil olunan partiya liderləri, komitə sədrləri iştirak edəcək.
Yığıncaqda Milli Şuranın gələcək fəaliyyət istiqamətləri, qurumda struktur islahatları, formatın dəyişdirilməsi ilə bağlı təkliflər və sairə cari məsələlər müzakirə ediləcək. İclasda həmçinin, Milli Şuranın sessiyasının vaxtı da bəlli olacaq.
Mənbə bildirir ki, sabahkı iclasda bir neçə şəxsin təcili olaraq Milli Şurada uzaqlaşdırılması məsələsi də müzakirə ediləcək.
Qaynar.info