Xəbər lenti

Milli Şurada seçki hazırlığı necə gedir?
Siyasət10:25 02.09.2013

Milli Şurada seçki hazırlığı necə gedir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Milli Şuranın vahid namizədinin seçkiyə hansı şüarlarla gedəcəyi barədə müzakirələr olub. Bununla bağlı bir neçə təklif irəli sürülüb.

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin Seçki Qərargahının rəhbəri Arif Hacılı bildirib.

Arif Hacılı əlavə edib ki, nəticə ayrı-ayrı mütəxəssislərlə müzakirə edildikdən sonra məlum olacaq: “Bugünkü iclasda eyni zamanda Cəmil Həsənlinin Seçki Qərargahı strateji mərkəz elan olundu. Bir sıra təşkilati və texniki məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Sabahkı sessiyaya hazıqlıq məsələlərindən danışılıb. İclasda Milli Şuraya daxil olan partiyaların və təşkilatların nümayəndləri iştirak edib”.

Qaynar.info