Bir neçə müxalifət təşkilatı və ictimai fəalların birləşdiyi Milli Şuranın bu gün saat 15.00-də Bakıda təyin etdiyi mitinq baş tutub. Qaynar.info musavat.com-a istinadən xəbər verir ki, müxalifət fəalları "Xilas olaq!", "Talana və yalana son!" şüarları ilə keçirilən aksiyada ölkədə siyasi repressiyalara, korrupsiyaya, bahalaşmaya qarşı etiraz edirlər.
Milli Şuranın mitinqi Azərbaycanın dövlət himni səsləndirilib, daha sonra mayın 19-da Binəqədi rayonunda baş verən dəhşətli və faciəvi yanğın olayının qurbanlarının, mərhum müsavatçı gənc Nərgiz Yaqublunun, intihar etmiş Qarabağ qazisinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mitinqdə AXCP sədri Əli Kərimli, "Azadlıq" qəzetinin baş redaktoru Rahim Hacıyev, Milli Şuranın sədri Cəmil Həsənli çıxış edib. Daha sonra mitinqin qətnaməsi oxunub. Qətnamədə siyasi məhbuslara azadlıq tələb edilib. Mitinq Üzeyir Hacıbəyovun "Koroğlu" üvertürasının sədaları altında başa çatıb.
Qaynar.info