
Milli Şuranın sessiyası başa çatdı.
AzNews.az-ın məlumatına görə, sessiyanın yekununda KXCP sədri Mirmahmud Mirəlioğlu və Eldar Namazov jurnalistlər üçün brifinq keçirib. MŞ-in bugünkü sessiyasında avqustun 18-də mitinq keçirilməsi qərara alınıb. Aksiya ilə bağlı artıq BŞİH-ə müraciət edilib. MŞ-in növbəti sessiyasının vaxtı da dəqiqləşib. Sessiya avqustun 19-da keçiriləcək.
M.Mirəlioğlu deyib ki, MŞ sədri Rüstəm İbrahimbəyovun namizədliyini axıra qədər müdafiə edəcək. Yeni situasiya yaranacağı halda isə buna avqustun 19-dakı sessiyada baxılacaq. E.Namazov deyib ki, Rusiya prezidenti Vladimir Putinə Milli Şura adından heç bir müraciət olmayıb: “Bu məsələ Milli Şurada qərarlaşdırılmadı”.