Xəbər lenti

Millimiz son matçında da qələbə qazandı
İdman 22:34 05.12.2023

Millimiz son matçında da qələbə qazandı

Bu gün qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA Millətlər Liqasının 3-cü qrupunda sonuncu oyununa çıxıb.

Qaynarinfo  xəbər verir ki, artıq qrup lideri kimi B Liqasına vəsiqəni təmin edən Azərbaycan yığması 6-cı turda Farer adalarını qəbul edib. "Dalğa Arena”da keçirilən matç millimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

C Liqasının 3-cü qrupunun digər matçında Kipr Monteneqronun qonağı olub. Bu oyunda da meydan sahibləri qələbə qazanıb - 2:0.

19:00. Azərbaycan - Farer adaları - 1:0

Qol: Nigar Mirzəliyeva, 68 

Xallar: Azərbaycan - 16, Monteneqro - 11, Kipr - 7, Farer adaları - 0.

Beləliklə, Azərbaycan millisi C Liqasının 3-cü qrupunu 16 xalla birinci pillədə başa vurub. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->