Xəbər lenti

Millimiz yenə böyük hesabla uduzdu
İdman16:52 24.10.2023

Millimiz yenə böyük hesabla uduzdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.
Qaynarinfo xəbər verir ki, Füzuli Məmmədovun komandası Sloveniya ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan millisinin 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb. 
Qeyd edək ki, U-17 ilk matçda Serbiyaya 1:5 hesabı ilə uduzmuşdu. Yığma növbəti görüşünü oktyabrın 27-də Lüksemburqa qarşı keçirəcək.