Xəbər lenti

İdman 13:47 08.12.2022

Millimizin Avropa çempionatındakı rəqibləri müəyyənləşdi

19 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb.
 
Qaynarinfo xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilmiş püşkatmanın nəticələrinə əsasən, millimiz Niderland, Bosniya və Herseqovina və Lüksemburq yığmaları ilə birlikdə 11-ci qrupda yer alıb. Bu qrupun oyunları 15-18-21 noyabr tarixlərində Lüksemburqda keçiriləcək.
 
Avropa çempionatının final mərhələsi 2024-cü ildə Şimali İrlandiyada təşkil olunacaq.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->