Xəbər lenti

Millimizin potensial rəqibləri müəyyənləşdi
İdman19:05 28.03.2024

Millimizin potensial rəqibləri müəyyənləşdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan millisinin Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək minifutbol üzrə Avropa çempionatında potensial rəqibləri müəyyənləşib.
Qaynarinfo xəbər verir ki, püşkatma mərasimi aprelin 4-də baş tutacaq.
Azərbaycan millisi püşkatmaya birinci səbətdən qoşulacaq.
1-ci səbət: Bosniya və Herseqovina, Rumıniya, Bolqarıstan, Qazaxıstan, Azərbaycan, Slovakiya.
2-ci səbət: Macarıstan, Çexiya, Fransa, Serbiya, Ukrayna, Monteneqro.
3-cü səbət: İngiltərə, Gürcüstan, İtaliya, Polşa, İspaniya, Sloveniya.
4-cü səbət: Portuqaliya, Albaniya, Yunanıstan, Avstriya, Türkiyə, Xorvatiya.
Avropa çempionatı iyunun 1-dən 9-na qədər Sarayevo şəhərində baş tutacaq.