Xəbər lenti

Millimizin sabiq üzvü Rusiya klubunda
İdman16:51 09.07.2021

Millimizin sabiq üzvü Rusiya klubunda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın 18 yaşadək futbolçulardan ibarət yığmasının sabiq üzvü David Qarayevin yeni klubu məlum olub.
"Qafqazinfo" xəbər verir ki, 26 yaşlı hücumçu Rusiyanın "SKA-Xabarovsk" komandasına keçib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Qarayevlə 1 illik müqavilə imzalandığı açıqlanıb. O, yeni komandasında 9 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, David Qarayev 2013-cü ildə Azərbaycanın U-18 yığmasına dəvət alıb və 5 oyun keçirib. Sonradan ona əsas millidə oynamaq təklif olunsa da, futbolçu Rusiya çempionatında legioner sayılmamaq üçün bundan imtina edib. Rusiyada "Ximki" və "Ural" kimi komandaların da formasını geyinmiş hücumçu son olaraq Qazaxıstanın "Kaspi" klubunda oynayıb.