
Azərbaycan millisinin futbolçusu Toğrul Eratın Almaniyanın "Duysburq" klubuna keçidi rəsmiləşib.
Qaynarinfo.az xəbər verir ki, 23 yaşlı futbolçu 2 illik müqaviləyə imza atıb. Düsseldorf "Fortuna"sından keçən Erat mövsümün yekunlarına əsasən 2-ci Bundesliqanı tərk edən "Duysburq"a pulsuz başa gəlib. Bu keçidlə bağlı futbolçu və klub rəsmiləri danışıb.
İvo Qrliç ("Duysburq"un idman direktoru): "Toğrul artıq sübut edib ki, o, 2-ci Bundesliqada da oynaya bilər. Onun bunun üçün kifayət qədər potensialı var. Onun iradə gücü heyranedicidi və tamamilə komanda oyunçusudur".
İliya Qruev ("Duysburq"un baş məşqçisi): "Mən onu son 2-3 ildə izləyirdim. O bizim gənc və uğura ac oyunçu profili tələblərimizə cavab verir. Bundan başqa, o, ötən mövsüm müntəzəm olaraq əsas heyətdə oynayıb və çoxlu oyun praktikası əldə edib".
Toğrul Erat: "Mən səbirsizliklə karyeramdakı dəyişikliyi gözləyirəm. Bir neçə variantlarım vardı. "Duysburq"da əsas tapşırığım hücumda oynamaq olacaq ki, bu da mənim üçün əla imkandır. İvo Qrliç və İliya Qruev mənim bura keçməyim üçün çox səy göstərdi. Yeni komandam və azarkeşlərimiz üçün çox sayda qol vurmağı olduqca çox istəyirəm".
Qeyd edək ki, Toğrul Erat "Fortuna" ilə 2-ci Bundesliqada 34 matç keçirib və 2 qola imza atıb. O, ötən mövsüm "Fortuna-2" ilə Regionalliqada keçirdiyi 32 matçda 10 qol vurub.
Onu da bildirək ki, Toğrul Erat "Duysburq" 29 yaşlı yarımmüdafiəçi Barış Özbəklə komanda yoldaşı olacaq. Almaniya doğumlu Özbək Türkiyədə "Qalatasaray", "Trabzonspor" və "Kayserispor"dan bizə çox yaxşı tanışdır.
Qaynarinfo.az