İdman 12:29 27.06.2022

Millinin sabiq üzvü: "Məşqçi deyirdi ki, içki içə, nə istəsən edə bilərsən..."

Fransa millisinin sabiq futbolçusu Samir Nəsri maraqlı açıqlamaları ilə diqqət çəkib.

Qaynarinfo xəbər verir ki, Nəsri "Goal"a müsahibəsində Xorxe Sampaolinin onu 2016-cı ildə "Sevilya"ya keçməyə necə inandırdığı haqda danışıb.

Samir Sampaolinin hətta onun itinə belə baxmağa razı olduğunu bildirib: 

"Sampaoli o qədər çox istəyirdi ki, mənə "Bizə gəl, içki içə, nə istəyirsən edə bilərsən. Mən də səni qoruyacağam. Səndən yalnız həftə sonu meydanda yaxşı oynamağı xahiş edirəm” - deyirdi. Sampaoli o qədər dəli idi ki, hətta həftəsonları çölə çıxa bilməyim üçün itimə baxmaq istəyirdi".

İcarə əsasında "Mançester Siti”dən "Sevilya”ya transfer olunan Nəsri 2017-ci ildə Türkiyə təmsilçisi "Antalyaspor”a keçib. 2018-ci ildə isə Nəsrinin karyerası 18 aylıq dopinq qadağasına görə dondurulub. Ardından "Vest Hem” və "Anderlext”də qısa müddət ərzində oynadıqdan sonra fransız 2021-ci ilin sentyabrında 34 yaşında karyerasını bitirib.

Səbuhi Həsənov