Xəbər lenti

Milyarderin 18 yaşlı qızının inanılmaz həyatı - FOTOLAR
Maqazin20:30 15.07.2016

Milyarderin 18 yaşlı qızının inanılmaz həyatı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Apple” şirkətinin yaradıcısı Stiv Cobsun qızı Yeva uğurları ilə dünyanı fəth edir.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Stiv Cobsun varisi atcılıq idman növü ilə məşğul olur və artıq bu sahədə bir çox uğurlar əldə edib.  Bu yaxınlarda məktəbi yenicə bitirən Yeva  bir neçə yarışda iştirak edib. Yeva yarışdan əvvəl verdiyi müsahibəsində deyib ki, müsabiqələr  bütün dünya insanları ilə tanış olmaq üçün əla vasitədir.  Məsələn, Cennifer Qeyts, Destri Allen Spilberq kimi  varlı ailələrin  övladları at yarışlarında onun rəqibləri olub.
Stiv Cobsun kiçik qızı tez-tez Florida ştatında anası və amerikalı sahibkarın dul  xanımının aldığı  15 milyon dollarlıq atçılıq fermasında məşq edir. Atcılıq fermasının Florida ştatında alınması isə təsadüf deyil. Belə ki, Florida çaparların ən çox sevdiyi yeridir.  Bill Qeyts və Brüs Sprinqstin kimi nüfuzlu insanlar da atcılıq idman növünə böyük maraq göstərir. Yeri gəlmişkən onu da qeyd edək ki, Stiv Cobsun qızı Floridada bu milyarderlələ qonşudur.
Xatırladaq ki, “Apple” şirkətinin əfsanəvi yaradıcısı beş il əvvəl xərçəng xəstəliyindən 57 yaşında dünyasını dəyişib.
Qaynarinfo.Az