Xəbər lenti

Milyarderin oğlu kənd camaatını əsəbiləşdirdi - FOTO
Maqazin12:02 22.07.2016

Milyarderin oğlu kənd camaatını əsəbiləşdirdi - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynalı milyarder Aleksandr Yaroslavskinin oğlu Bodrumda Gölköy sahillərində görünüb.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, "Forbes"də Ukraynanın ən varlı insanları siyahısında olan Yaroslavskinin oğlu yaxtada istirahət edərkən insanları əsəbiləşdirəcək hərəkətə yol verib.
O, Gölköy kəndindən bir bərbəri yaxtasına çağırtdırıb. Yaxtanın çoxlu bağlı otaqları olsa da, bərbər onun üzünü və saçını açıq havada qırxıb. Bu görüntülərə şahidlik edən kənd camaatı saçların suya tökülməsinə etirazlarını bildiriblər.
Qeyd edək ki, milyarder oğlunun olduğu yaxta 70 milyon avro dəyərindədir.
Qaynarinfo.Az