Xəbər lenti

Mina xəritələri: Rusiyanın prosesdə iştirakının pərdəarxası (ŞƏRH)
Siyasət07:19 06.07.2021

Mina xəritələri: Rusiyanın prosesdə iştirakının pərdəarxası (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Rusiya bu münaqişədə ən həlledici oyunçudur. Hətta Ermənistan və Azərbaycandan daha vacib oyunçu”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Zəngilan və Füzulu rayonlarınların minalanmış ərazilərin xəritəsinin Azərbaycana verilməsində Rusiyanın prosesdə iştirakının pərdəarxası məqamlarından danışarkən deyib. Onun sözlərinə görə, münaqişənin idarəedicisi Rusiyadır: 
"Münaqişəni yaradıb, qızışdırıb, genişləndirib, dondurub və idarə edib. Şübhə yoxdur ki, münaqişənin ağası Rusiyadır. 3 tərəfli bəyanatda nəzərdə tutulan bütün tədbirləri addım-addım zamanı gələndə, şərait yetişdikcə həyata keçirirlər. O cümlədən saxlanılan, həbs edilən erməni əsrlərinin qaytarılması və ərazilərin köçkünlərin qayıtması üçün hazırlamaq məqsədi ilə minalardan təmizlənməsi. 3 tərəfli bəyanatda göstərilən bəndləri vaxtı gələndə Rusiya yerinə yetirir”.
Zərdüşt Əlizadə qeyd  edib ki, Ermənistanın tədiqm etdiyi Ağdam, Füzuli və Zəngilan rayonların minalanmış ərazilərin xəritəsi 100% qədiq deyil: 
"Amma hər halda harada basdırılmasına işarə var. Həmin ərazidə digər üsullardan istifadə edərək minaları aşkarlamaq olacaq”.
Bahar Rüstəmli