Xəbər lenti

Mingəçevirdə zəlzələ həyəcanı – RƏSMİ AÇIQLAMA
Ölkə10:40 10.06.2014

Mingəçevirdə zəlzələ həyəcanı – RƏSMİ AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Orada çoxdan problemlər var”.

2010-cu ildə Kür daşqınları nəticəsində Mingəçevir anbarında su məcrasından çıxan hövzənin qarşısını almaqla suyun axınının səviyyəsini aşağı salmışdılar. Həmin dövrdə seysmiklik artmağa başladı. Çünki həmin hövzənin altında zəlzələ ocağı yerləşir və həmin ərazi seysmogen ərazidir.

Qaynar.info APA-ya istinadən xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib. 

Onun sözlərinə görə, Mingəçevir su anbarında çoxdan problemlər var: “Orada kompleks tədqiqatlar aparmaq lazımdır. Su anbarında monitorinq sistemi qurulmalıdır”.

Qaynar.info