Xəbər lenti

Minifutbol-2025: 1/4 finalın bütün cütləri müəyyənləşdi
İdman 23:27 28.05.2025

Minifutbol-2025: 1/4 finalın bütün cütləri müəyyənləşdi

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında 1/4 final mərhələsinin bütün cütləri müəyyənləşib.

Qaynarinfo xəbər verir ki, bu gün Milli Gimnastika Arenasında baş tutan qarşılaşmalarda daha 4 komanda 1/4 finala vəsiqə qazanıb.
Monteneqro Polşa üzərində qələbə qazanaraq növbəti mərhələyə adlayıb. Tailand isə Bosniya və Herseqovina ilə matçda hesabı açmasına baxmayaraq, sonradan 3 qol buraxaraq mübarizəni dayandırmalı olub. İsrail Çexiyaya böyük hesabla uduzub - 0:4. 1/8 final mərhələsinin son matçında Gürcüstan millisi Serbiyaya 3:2 hesabı ilə məğlub olub.

Dünya çempionatı

1/4 final

Macarıstan - Mavritaniya

Monteneqro - Çexiya

İngiltərə - Azərbaycan

Bosniya və Herseqovina - Serbiya

Qeyd edək ki, 1/4 final mərhələsinin oyunları sabah baş tutacaq.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->