Xəbər lenti

Minsk qrupuna Türkiyə qatılacaq?
Siyasət15:35 09.04.2016

Minsk qrupuna Türkiyə qatılacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Minsk qrupunun tərkibində dəyişiklik planlaşdırılmır". 
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik şənbə günü İrəvanda keçirilən mətbuat konfransında Ankaranın Dağlıq Qarabağla bağlı son bəyanatlarını nəzərə alaraq Türkiyənin üzvlüyünün məqsədəuyğunluğuna dair sualı cavablandırarkən bildirib.
"Bildiyiniz kimi, Türkiyə bəyanata qoşulub və biz Minsk qrupunun bütün üzvləri ilə, eləcə də Türkiyə ilə işləməyə hazırıq", - deyə amerikalı diplomat əlavə edib.
Qaynar.info