Xəbər lenti

Mirmahmud Mirəlioğlu namizədliyini geri götürdü
Siyasət11:26 30.08.2013

Mirmahmud Mirəlioğlu namizədliyini geri götürdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

KXCP sədri Milli Şuranın vahid namizədini dəstəkləyəcək

Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun prezident seçkilərində namizədliyinin irəli sürülməsi ilə bağlı bu ilin yanvarında verdiyi qərarı dəyişəcək. Bu barədə KXCP-dəki mənbə məlumat verib. 

Mənbənin sözlərinə görə, hazırda bu məsələ ilə bağlı Mirmahmud Mirəlioğlunun iştirakı ilə partiya rəhbərliyinin toplantısıdır. Mirmahmud Mirəlioğlu Milli Şuranın vahid namizədlə seçkiyə qatılmasını və artıq namizəd üçün imza toplanmasına başlandığını nəzərə alaraq seçkilərdə namizədliyini verməmək qərarına gəlib. 

Milli Şuranın təsisçilərindən olan KXCP-nin Milli Şuranın namizədi Cəmil Həsənliyə yaxından dəstək verəcəyini, imza toplama kmpaniyasında da aktiv iştirak edəcəyini Mirəlioğlu partiya yetkililərinin nəzərinə çatdırıb. Mənbə qeyd edib ki, KXCP-nin müvafiq strukturları onun bu mövqeyini qəbul edəcək və namizədliyin irəli sürlməsi qərarını rəsmən ləğv edəcəklər. 

Qeyd edək ki, ötən bir neçə gün öncə Müsavat Partiyasının Divanı da Cəmil Həsənlinin vahid namizəd olduğunu əsas göstərərk başqan İsa Qəmbərin namizədliyinin irəli sürülməməsi barədə qərar çıxarıb./musavat.com/