Xəbər lenti

“Mişelin həmin çağırışı Ermənistana ünvanlanıb” - Ekspert
Siyasət12:05 17.07.2023

“Mişelin həmin çağırışı Ermənistana ünvanlanıb” - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərbaycan humanitar məsələləri heç zaman siyasi alver predmetinə  çevirməyib”.
Bunu Qaynarinfo-ya açıqlamasında bunu politoloq Tural İsmayılov Aİ Şurası Prezidenti Şarl Mişelin Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşündə təsadüfən sərhəddi keçən əsgərlərin qarşılıqlı azad olunması təklifilə çıxış etməsini şərh edərkən deyib:
"Bakı bir neçə dəfə yolunu azıb Azərbaycan tərəf keçən Ermənistan vətəndaşlarını qarşı ölkəyə təhvil verib. Azərbaycan humanitar məsələləri heç zaman siyasi alver predmetinə çevirməyib. Amma hər kəsə bəllidir ki, yolu azaraq Ermənistan ərazisinə keçən azərbaycanlı hərbçilər barədə İrəvan hansısa şou qurub, onun üzərindən məkirli və çirkin siyasi məqsədlər həyata keçirməyə çalışıb. Bu baxımdan, hesab edirəm ki, Ş.Mişelin həmin çağırışı daha çox Ermənistana ünvanlanıb. Azərbaycana qarşı cinayət işlətməmiş Ermənistan vətəndaşları hamısı bir nəfər kimi, İrəvan təhvil verilib. Lakin hava şəraitindən, coğrafi vəziyyətin mürəkkəbliyi səbəbindən təsadüfən Ermənistan ərazisinə keçən Azərbaycan vətəndaşlarının başına gətirilən oyunlardan isə hər kəsin məlumatı vardır”. 
Ekspert bldirir ki, hər halda, Ş.Mişelin bu çağırışını İrəvan yerinə yetirməlidir: 
"Lakin bu günə qədər Brüssel bəyanatlarında verilən bir sıra qərarlarda Ermənistanın passiv iştirakçı olduğunu müşahidə etmişik. İrəvan burada qəbul edilən qərarların yerinə yetirilməsinə heç bir halda cəhd göstərməyib. Bu fonda Aİ tərəfindən İrəvana açıq şəkildə hər hansı bir təzyiqlər də edilməyib. İstənilən halda, Brüssel görüşünü bu baxımdan tarixi hesab edirəm. Ola bilsin ki, Mişel bağlı qapılar arasında Paşinyanı Azərbaycan vətəndaşlarını təhvil verməklə bağlı razı sala bilər. Bunun təsirlərini hər halda önümüzdəki günlərdə görə biləcəyik”. 
Qeyd edək ki, Azərbaycan və Ermənistan liderlərinin iyulun 15-dəki Brüssel görüşündə tədbirin təşkilatçısı Aİ Şurasının Prezidenti Şarl Mişel tərəfindən hər iki tərəfdən əsir götürülən hərbçilərin azad edilməsilə bağlı təklif irəli sürülüb. Ş. Mişel bu fonda bildirib ki, təsadüfən sərhəddi keçən əsgərlərin qarşılıqlı azad olunması, minaların təmizlənməsi və itkin düşənlərlə bağlı məsələlər müzakirə olunub:
"Biz saxlanılanlar məsələsini də müzakirə etdik. Liderlər alicənablıq anlayışına sadiqliklərini bir daha təsdiqlədilər və bununla da ehtiyatsızlıqdan qarşı tərəfə keçən əsgərlərin azad olunması asanlaşacaq. Mən hər iki tərəfdən saxlanılanların azad edilməsinin tərəfdarı olduğumu bildirdim”. 
Rüfət Sultan