Dünya 15:59 14.08.2022

Misirdə kilsədə yanğın - 35 ölü 45 yaralı

Misirdə kilsədə dəhşətli yanğın baş verib.

Qaynarınfo bu barədə Reuters-ə istinadən xəbər verir.

Misirin iki təhlükəsizlik mənbəsinin Reuters-ə verdiyi məlumata görə, bazar günü (14 avqust) Misirin Cizə şəhərində kilsədə baş verən yanğında azı 35 nəfər ölüb, 45 isə nəfər yaralanıb.

Mənbələrin bildirdiyinə görə, yanğın Cizə şəhərinin İmbaba məhəlləsindəki  Əbuseffin kilsəsinnin binası və ətrafında 5000 ibaətçinin izdihamli toplaşması zamanı baş verib.

Vurğulanır ki, xilasetmə əməliyyatları və yaralıların tibb mərkəzlərinə çatdırılması üçün yüzlərlə yanğınsöndürən və tibb işçisi səfərbər edilib.

Həmçinin Cizə şəhərinin xəstəxana mərkəzləri ölənlərin sayının arta biləcəyini istisna etmir.

İlkin qiymətləndirmələrdə yanğın səbəbinin elektrik nöqsanları ilə bağlı olduğu bildirilir və yerli rəsmilərin sözlərinə görə,  bu barədə artıq araşdırmalar davam edir.

M.Arif