Xəbər lenti

"Miss Universal": “İstəsəydim, Türkiyədə gündə 10 dəfə evlənərdim”
Maqazin07:05 29.12.2019

"Miss Universal": “İstəsəydim, Türkiyədə gündə 10 dəfə evlənərdim”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"İstəsəydim, Türkiyədə gündə 10 dəfə evlənərdim”.
Qaynarinfo xəbər verir ki, bu sözləri Antaliyada təşkil edilən "Miss Universal" gözəllik yarışmasının qalibi Kseniya Uskolkina Türkiyədə kişilərdən çox çox maraq görməsindən danışarkən deyib.
"Komsomolskaya Pravda” qəzetinə danışan Uskolkina evlənməyi çox istədiyini bildirib:
"Boşansalar belə, hər qadın yenidən gəlin olmağı arzulayır. Mən də ağ gəlinlik geyinməyi, dünyanın ən gözəl və xoşbəxti olmağı və bunu hiss etməyi arzu edirəm”.
Usolkina türk kişiləriylə evlənmək istəmədiyini söyləyib:
"İstanbulda türk tekstil məhsulları ilə əlaqədar bir reklam kampaniyasında çalışdığım vaxt istəsəydim, bu şəhərdə gündə 10 dəfə evlənərdim. Nə qədər kişi mənimlə tanış olanda məni ailəsiylə də tanış etmək istəyirdi. Türkiyədə bu işlər çox sürətlidir: görür və dərhal işlər sürətlə getməyə başlayır. Dərhal toy, uşaqlar...”
Rus gözəl Türkiyədəki bu cür adət-ənənələri səhv hesab etdiyini də qeyd edib və türk kişilərin rus qadınlarını çox bəyəndiyini deyib. 
Alpər