Xəbər lenti

Mitinqin vaxtı dəyişdi
Siyasət08:43 07.11.2014

Mitinqin vaxtı dəyişdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hakimiyyət Milli Şuranın 10 noyabra elan etdiyi mitinqlə bağlı təxribat törədib. Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın aksiyanı ayın 10-da keçirmək istədiyini dəqiqləşdirsə də, razılığı ayın 9-na verib. 

Bu barədə azadliq.info-ya mitinqin təşkilatçılarından biri, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyib:"Noyabrın 5-də Bakı Şəhər İcra Hakimiyyətindən ictimaiətlə əlaqələr şöbəsinin müdiri Zaur Ramazanov mənə zəng edib, dəqiqləşdirdi ki, bizim onlarda üç müraciətimiz var - ayın 9-u, 10-u və 16-ı üçün - bunlardan hansını əsas tuturuq. Mən də dedim ki, ayın 10-nu. O da sağollaşdı. Ayın 6-da Zaur Ramazanov saat 17 radələrində təkrar mənə zəng vurub və müraciətimizə müsbət cavab verildiyini dedi. Mən də dəqiqləşdirdim ki, mətbuata açıqlama verəcəm, müraciətlərimizdən hansına - 10 noyabramı müsbət cavab verilib? O da təsdiqlədi ki, bəli, 10 noyabra razılıq verilib. Artıq iş gününün sonu olduğu üçün razılaşdıq ki, cavab məktubunu bu gün, yəni ayın 7-də götürəcəyik. Mən də buna uyğun olaraq mətbuata məlum açıqlamanı verdim. Amma bu gün BŞİH cavab məktubunda razllığı ayın 9-na göstərib".

Milli Şuranın indi hansı addım atacağına gəlincə, F.Qəhrəmanlı deyib ki, yaranmış vəziyyət müzakirə olunacaq və qərar veriləcək. Gedənlərin hər biri ölkəni müalicə adı altında tərk ediblər. Lakin ailə üzvlərinə zəng edərək halallıq istəyiblər və bildiriblər ki, bir daha geri qayıtmayacaqlar. 

Qaynar.info