Xəbər lenti

MKİ rəhbəri: Ukraynaya yardımı dayandırmaq ABŞ üçün öz qapısına qol deməkdir
Maqazin06:09 31.01.2024

MKİ rəhbəri: Ukraynaya yardımı dayandırmaq ABŞ üçün öz qapısına qol deməkdir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns Rusiyanın genişmiqyaslı işğalını davam etdirdiyi bir vaxtda ABŞ-ın Ukraynaya dəstəyini davam etdirməsinin nə üçün strateji əhəmiyyət daşıdığını izah edib.
Qaynarinfo "Yevropeyska pravda”ya istinadən xəbər verir ki, o, bu barədə "Foreign Affairs” jurnalı üçün məqaləsində yazıb.
MKİ rəhbərinin sözlərinə görə, Rusiya ən azı 315.000 əsgərini və müharibədən əvvəlki tank parkının üçdə ikisini itirərək bir çox səviyyələrdə müharibəni uduzub və Kiyevi tutmaq və Ukraynanı fəth etmək kimi strateji hədəfində yaxınlaşmayıb. 
O, həmçinin hesab edir ki, işğal Putinin hakimiyyətini sarsıdıb, bunu "Vaqner” özəl hərbi şirkətin lideri Yevgeni Priqojinin 2023-cü ilin iyununda qaldırdığı üsyanı sübut edir. Eyni zamanda, zamanın onun tərəfində olduğuna ümid edərək, müharibəni uzatmaqda qərarlıdır.
"Müvəffəqiyyətin açarı Qərbin Ukraynaya yardımını davam etdirməsindədir. ABŞ üçün əhəmiyyətli geosiyasi qazanc və Amerika sənayesinə əhəmiyyətli gəlirlə müqayisədə ABŞ-ın müdafiə büdcəsinin beş faizindən az hissəsi təvazökar investisiyadır", - Börns yazır.
O qeyd edir ki, Kiyevə silah yardımı, ehtimal edilən danışıqlar zamanı ona "daha güclü mövqe” qazandıracaq, həmçinin Ukrayna üçün uzunmüddətli qazanc, Rusiya üçün isə strateji itki təmin etmək şansı verəcək.
"ABŞ-ın indiki kritik anda münaqişədən çıxması və Ukraynaya dəstəyinə son qoyması tarixi miqyasda öz qapısına qol olardı”, - deyə MKİ rəhbəri yekunlaşdırıb.
Nizami Bağırov