Xəbər lenti

MN: Azərbaycan Hərbi Hava Qüvvələrinin heyəti Türkiyədədir
Siyasət05:15 02.09.2021

MN: Azərbaycan Hərbi Hava Qüvvələrinin heyəti Türkiyədədir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"TurAz Şahini - 2021” təlimlərində iştirak edəcək Azərbaycan Hərbi Hava Qüvvələrinin heyəti Türkiyə Respublikasının Konya şəhərinə çatıb".
Bu barədə Müdafiə Nazirliyindən Qaynarinfo-ya bildirilib.
Məlumatda deyilir ki, hazırda təlimlərə hazırlıq məqsədilə heyətin yerləşdirilməsi, planlama və digər təşkilati məsələlərlə əlaqədar müvafiq tədbirlər həyata keçirilir.
Birgə təlimlərin sentyabrın 17-dək davam edəcəyi planlaşdırılır.