Xəbər lenti

Mingəçevir növbəti dəfə atəşə tutuldu: raketlər HHM qüvvələri tərəfindən zərərsizləşdirilib
Ölkə05:00 17.10.2020

Mingəçevir növbəti dəfə atəşə tutuldu: raketlər HHM qüvvələri tərəfindən zərərsizləşdirilib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistanın silahlı qüvvələri Mingəçevir şəhərini növbəti dəfə atəşə tutub.
Qaynarinfo xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Düşmənin silahlı qüvvələri 17.10.2020-ci il tarixdə gecə saat 01:00 radələrində növbəti dəfə Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan Mingəçevir Su Elektrik Stansiyasını hədəfə almaqla cəbhə zonasından 100 km-dən artıq uzaqlıqda yerləşən, iri sənaye şəhəri Mingəçevirə raketlər atmışdır.
Raketlər Azərbaycan Ordusunuh Hava Hücumundan Müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.