Xəbər lenti

Modelin bu fotolarına qadağa qoyuldu - FOTOLAR
Maqazin09:35 04.06.2015

Modelin bu fotolarına qadağa qoyuldu - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Britaniyanın ASA reklam standartları idarəsi qeyri-sağlam, arıq model fotosu təsvir olunmuş Yves Saint Laurent reklamını qadağan edib. 
"Reklam olunan fotoda təsvir edilmiş qadın model qabırğalarının sayılması mümkün olacaq dərəcədə arıq və qeyri-sağlam görünür. Modelin duruşu və üstünə salınan işıq tamaşaçı diqqətini onun sümükləri çıxan sinəsinə və baldırı dizi enində olan arıq ayaqlarına yönəldir. 
Həmin model qeyri-sağlam və çəkisi çatışmayan kimi göründüyündən reklam məsuliyyətsiz sayılıb" - deyə bildirən ASA, bu cür reklamın dərc edilməsinin məsuliyyətsiz addım olması barədə şikayətləri dəstəkləyib.
Həmin foto Britaniyanın Elle UK jurnalında dərc edilmişdi. Yves Saint Laurent (YSL) və Elle UK qərara münasibət bildirməyiblər.
Arıq və xəstə görünüşlü modellərin reklamının Britaniyada normaya çevrildiyini qeyd edən ABC Anoreksiya və Bulimiya fondu ASA-nın qərarının digər media və moda şirkətləri üçün örnək olacağına ümidvar olduğunu bildirib.
Son 3 il ərzində arıqlamaq üçün yeməklərini kəsdiyinə görə sağlamlıqları pozulmuş və Britaniya klinikalarına müraciət edən yeniyetmələrin sayı təxminən 2 dəfə artıb.//BBC Azəri


Qaynar.info