Xəbər lenti

Modriç və Kroos
İdman 09:01 22.09.2023

Modriç və Kroos "Real Madrid"dəki vəziyyətindən narazıdır

"Real Madrid"in yarımmüdafiəçiləri Luka Modriç və Toni Kroos klubdakı mövqelərindən narazıdırlar və komandanı tərk edə bilərlər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Relevo" məlumat yayıb.

Futbolçular bu mövsüm oynamaq şansı qazandıqları müddətindən razı deyillər. Onlar komandada aparıcı rolları saxlamaq istəyirlər.

Modriç 13-cü ildir ki, "Real Madrid"də çıxış edir. Ötən mövsüm xorvatiyalı futbolçu İspaniya klubunun heyətində bütün yarışlarda 51 oyun keçirib. Cari mövsümdə cəmi 6 oyuna çıxaraq 242 dəqiqə (orta hesabla hər oyunda 40.3 dəqiqə) oynayan yarımmüdafiəçinin müqaviləsi gələn mövsümün sonuna kimidir.

33 yaşlı Kross 2014-cü ildən "Real Madrid"də çıxış edir. Yarımmüdafiəçi ötən mövsüm bütün yarışlarda 52 matçda iştirak edib. O, cari mövsümdə 6 oyuna çıxaraq 278 dəqiqə (orta hesabla hər oyunda 46.3 dəqiqə) oynayıb. Krossun komanda ilə müqaviləsi 2024-cü ilin yayında başa çatır.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->